Kremlin sülh şərtləri üzə çıxdı, qalmaqal böyüyür


Rusiya Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən qeyri-rəsmi danışıqlar zamanı Ukraynadakı müharibəyə son qoymaq üçün geniş tələblər irəli sürüb.

Turkustan.az xəbər verir ki, Moskvanın təklifləri arasında Finlandiyanın NATO-dan çıxması, Baltikyanı ölkələrdə NATO hərbi bazalarının yaradılmasının qadağan edilməsi və Ukraynanın işğal olunmuş bütün ərazilərini Rusiyaya təhvil verməsi yer alır.

Almaniyanın “Bild” qəzetinin məlumatına görə, Rusiya nümayəndələri tərəfindən hazırlanan və Əbu-Dabidə Avropa təmsilçilərinə təqdim edildiyi bildirilən qeyri-rəsmi təklif Ukraynadakı müharibəyə son qoymaqla yanaşı, Avropada yeni təhlükəsizlik sisteminin formalaşdırılmasını nəzərdə tutur.

Məlumata əsasən, Rusiya Estoniya, Latviya və Litvada NATO hərbi bazalarının yaradılmasının qadağan edilməsini, Finlandiyanın isə alyansı tərk edərək əvvəlki neytral statusuna qayıtmasını tələb edib.

Bundan başqa, Moskva Ukraynanın daimi neytral statusa malik olmasını, hərbi bloklara qoşulmamasını və NATO üzvlüyündən imtina etməsini istəyir.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ