Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb.
Turkustan.az Oxu.Az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, dörd nəfər (üç kişi, bir qadın) noyabrın 13-də saat 23:20-də Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Xəsarət alan şəxslərdən bir nəfərin müalicəsi Cərrahiyyə, üç nəfərin isə Reanimasiya şöbəsində davam etdirilir. Xəsarət alan şəxslərdən ikisinin vəziyyəti ağır, digər ikisinin vəziyyəti isə orta ağır qiymətləndirilir", - deyə məlumatda bildirilib.