Şəxsiyyət vəsiqəsi ilə bağlı vacib detal – Bu halda mütləq dəyişməlisiniz


Rusiyada qəbul olunan qərara görə, vətəndaşın xəstəlik və ya estetik əməliyyat nəticəsində görünüşü ciddi şəkildə dəyişərsə, pasportunun yenilənməsi tələb olunur. Qonşu ölkədə mövcud yenilik Azərbaycanda da müzakirələrə yol açıb. Bildirilir ki, hazırda vətəndaşlar arasında estetik əməliyyatlara görə görünüşü dəyişən xeyli sayda insan var. Bu, xüsusilə hava limanları və polis orqanları kimi şəxsiyyətin təsdiqləndiyi yerlərdə çətinliklər yaradır. Üz quruluşunun tanınmaz olması kimlik yoxlanışında müəyyən problemlərə səbəb olur.

Qanunvericiliyimizdə bununla bağlı vəziyyət necədir? Görünüşünü dəyişən vətəndaşlar hansı halda yeni şəxsiyyət vəsiqəsi almalıdır? Yaxud oxşar qərarın ölkəmizdə də tətbiq olunması mümkündürmü?

Globalinfo.az-a danışan vəkil Ramil Süleymanov deyib ki, estetik əməliyyat nəticəsində ciddi dəyişiklik baş verərsə, şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi məcburi deyil:

ramil suleymanov

Ramil Süleymanov

“Qanunvericilikdə yalnız şəxsin öz istəyinə əsasən zahiri görünüşündəki dəyişikliklərə görə yeni şəxsiyyət vəsiqəsi alınması mümkündür. Azərbaycanda istifadə olunan şəxsiyyət vəsiqələri, Ümumdünya Mülki Aviasiya Təşkilatının standartlarına uyğun hazırlanır. Buna əsasən, şəxsiyyət vəsiqəsi verildikdə üz quruluşu, göz rəngi və barmaq izləri kimi bioloji məlumatlar əsasında eyniləşdirmə aparılır. Bu məlumatlar heç vaxt dəyişmir. Yalnız estetik əməliyyat nəticəsində göz rəngi və ya digər fiziki xüsusiyyətlər dəyişərsə, müvafiq həkimin epikrizindən sonra şəxsiyyət vəsiqəsi yenilənə bilər. Əks halda, sözügedən sənədin dəyişdirilməsinə ehtiyac yoxdur”.


MANŞET XƏBƏRLƏRİ