Əfqanıstandan təxliyə ediləcək şəxslərin məlumatlarının ifşası ciddi narahatlıq doğurur.
Turkustan.az xəbər verir ki, İngiltərənin müdafiə naziri Con Healey, 2022-ci ildə Əfqanıstandan təxliyə edilə biləcək təxminən 20 min nəfərin – o cümlədən Britaniyaya yardım etmiş şəxslərin və ailə üzvlərinin – şəxsi məlumatlarının ifşa edilməsi ilə bağlı narahatlığını ifadə edib. O, həmin dövrdə məsuliyyət daşıyan nazirlərin cavab verməli olduğunu bildirib.
Sky News telekanalına müsahibəsində Healey vurğulayıb ki, 2022-ci ilin fevralında baş vermiş məlumat sızması nəticəsində bu şəxslərin adları açıqlanıb. Məlumatın yayılmasının ardından bu məsələ ilə bağlı “super məxfilik əmrinin” verildiyini, lakin yalnız təxminən 7 min nəfərin sonradan Böyük Britaniyaya gətirildiyini qeyd edib.
Healey izah edib ki, “super əmr” adlandırılan hüquqi qərar həm məlumat sızması ilə bağlı ictimaiyyətin məlumatlandırılmasının, həm də bununla bağlı bloklama qərarının açıqlanmasının qarşısını alıb. Sözügedən əmr ilk dəfə 2023-cü ilin avqustunda, o dövrdə iqtidarda olan Mühafizəkarlar Partiyası hökuməti tərəfindən tətbiq edilib.
2024-cü ilin iyul ayında vəzifəyə başlayan Healey bildirib ki, o, məsələ ilə bağlı yeni risk qiymətləndirməsi aparmalı olub. O, həmçinin həmin dövrdə parlamentin məlumatlandırılmadığını və medianın susdurulduğunu qeyd edib.
Aytən Yaşar/ Turkustan.az