Sabirabad və Saatlı rayonlarında yas mərasimində ehsanın verilməməsi ilə bağlı əhaliyə tövsiyə verilib.
Turkustan.az xəbər verir ki, bu barədə Teleqraf-a açıqlamasında Sabirabadın din xadimi Yusif Bağırov məlumat verib.
O bildirib ki, bir neçə gün öncə bununla bağlı ağsaqqallar təklif irəli sürüblər və belə qərar verilib.
“Ehsan qadağan edilməyib, sadəcə çay süfrəsinin açılması, ehsanın verilməməsi ilə bağlı əhaliyə tövsiyə verilib. Elə bu gün Sabirabadda yas mərasimi var idi və ehsan verilmədi. Mən ehsanın verilməsinin tərəfdarı deyiləm. Əhali də bununla razılaşır və buna əməl edir”, - din xadimi əlavə edib.
Xatırladaq ki, daha əvvəl Saatlı rayonu və kəndlərində yas mərasimlərində ehsan verilməsinin ləğv edilməsi ilə bağlı məlumat yayılmışdı.