Bakının Nəsimi rayonunda böyük söküntü başlayır. Söhbət "Papanin" kimi tanınan məşhur Cəlil Məmmədquluzadə küçəsindəki həyət evlərindən gedir.
Turkustan.Az-ın əldə etdiyi məlumata görə, artıq siyahıya alınma prosesinə başlanılıb.
Aparılacaq söküntü ilə bağlı hər m²-ə görə əhaliyə veriləcək kompensasiyanın məbləği 2 700 manat müəyyən edilib.
İllərdir gözlənilən söküntüyə artıq bu ilin payızında başlanacağı bildirilir. /oxu.az/