Yekaterinburqda Azərbaycan diasporunun rəhbərinin oğlunun MƏHKƏMƏSİ BAŞLADI


İyulun 16-da Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu və onun müavini, vəkil Mutvalı Şıxlinski barəsində həbs qətimkan tədbiri seçəcək.

Rusiya KİV xəbərlərinə görə, iyulun 1-də Mutvalının atası "Gelandewagen" markalı avtomobillə hərəkətdə olarkən saxlanılsa da, sonradan sərbəst buraxılıb. İki həftə sonra kiçik Şıxlinski Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsi - dövlət məmuruna qarşı zorakılıq tətbiq etmə ittihamı ilə saxlanılıb.

İlkin məlumatlara görə, müstəntiqlər Mutvalı barəsində həbs qətimkan tədbiri seçəcək, bu halda o, istintaq təcridxanasına yerləşdiriləcək./oxu.az

11:48

Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinskiyə qarşı cinayət işi açılıb.

Turkustan.az TASS-a istinadən xəbər verir ki, bu barədə Sverdlovsk vilayətinin Vəkillər Palatasının prezidenti İqor Putintsev məlumat yayıb.

"Vəkillər Palatası Mutvalı Şıxlinskiyə qarşı cinayət təqibinin aparıldığı barədə məlumatı təsdiqləyib", - agentliyin həmsöhbəti bildirib.

Putintsev Şıxlinskinin hansı maddə ilə ittiham oluna biləcəyini dəqiqləşdirməyib.

Qeyd edək ki, bundan əvvəl "Azərbaycan-Ural" İctimai Milli-Mədəni Təşkilatının sədri Şahin Şıxlinski saxlanılmışdı. Sonra o sərbəst buraxılıb.


MANŞET XƏBƏRLƏRİ