Fələstin hökuməti: Qəzzada yardım gözləyənlər ölüm tələsinə düşür


Qəzza zolağındakı Fələstin hökuməti, ABŞ-İsrail idarəçiliyində olan Qəzza Humanitar Yardım Fondunu aclıqdan əziyyət çəkən fələstinliləri Qəzzanın cənubundakı dar metal keçidlərə məcbur etməkdə, izdiham yaratmaqda və qapıları bağlamaqla onların ölümlərinə səbəb olmaqda ittiham edib.

Turkustan.az xəbər verir ki, Qəzzadakı media ofisinin açıqlamasında bildirilir ki, ABŞ-da yerləşən Humanitar Yardım Vəqfi Qəzzanın cənubundakı SDS3 mərkəzi vasitəsilə yüz minlərlə vətəndaşı yardım almağa çağırıb. Lakin daha sonra minlərlə ac insan dar dəmir qapılara sürülərək bağlanıb. Bu qapıların insanları boğmaq üçün nəzərdə tutulduğu vurğulanıb.

Bəyanatda vəqf rəsmiləri ilə yanaşı İsrail qüvvələrinin də gözyaşardıcı qazdan istifadə edib, yardım almaq üçün toplaşan ac insanlara birbaşa atəş açdığı qeyd olunur. Bu qapalı və çıxışsız ərazidə yaranan izdihamda çox sayda insan həyatını itirib, onlarla nəfər yaralanıb.

Hadisə nəticəsində 15 nəfərin boğularaq öldüyü, 6 nəfərin isə canlı güllələrlə vurulduğu, ümumilikdə 21 nəfərin həyatını itirdiyi açıqlanıb. Hadisə yerində olan 14 şahidin ifadələri baş verənlərin təfərrüatlarını təsdiqləyir.

Əvvəlki sənədlərdə amerikalı yardım işçilərinin izdiham üzərinə atəş açdığı görüntülər təqdim olunub. Bildirilir ki, bu, ilk belə hadisə deyil və 27 maydan bu yana fondun fəaliyyəti nəticəsində 870-dən çox insan həyatını itirib, 5700 nəfər yaralanıb, 46 nəfər isə itkin düşüb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ