Daha iki azərbaycanlının həbs müddəti uzadıldı


Yekaterinburqda əvvəlki illərdə törədilmiş qətllərlə bağlı saxlanılan səkkiz azərbaycanlıdan daha ikisinin — Abasov Əziz və Lalayev Şahinin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb.

Turkustan.az xəbər verir ki, Sverdlovsk vilayəti məhkəmələrinin yaydığı birgə məlumata əsasən, onların həbs müddəti 2024-cü ilin oktyabrın 19-dək artırılıb.

Hər iki şəxs 2001, 2010 və 2011-ci illərdə baş vermiş bir neçə cinayət hadisəsində təqsirləndirilirlər. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ