Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında bildirib ki, Mkrtiç Nersinyana yaxın bir şəxs – rəsmi kilsə xidmətçisi – onun sünnət olunduğunu iddia edib.
Turkustan.az erməni mediasına istinadən xəbər verir ki, Paşinyanın sözlərinə görə, həmin şəxs bu əsasla onun özünü Ermənistan Apostol Kilsəsinin davamçısı və ya ümumiyyətlə xristian kimi təqdim etməsini yalan sayır.
Paşinyan bildirib ki, əgər “bütün ermənilərin katolikosu” onun bədən üzvlərini yoxlaya bilirsə, o da öz inancını, prinsiplərini və mənəvi dürüstlüyünü cəmiyyət qarşısında müdafiə edə bilər.
“Niyə heç kim demir ki, dini xidmətdə olan bir şəxsin baş nazirin orqanları ilə nə işi var? Uşaqlar ruhani tədris müəssisələrində nə öyrənməlidirlər? Baş nazirə qarşı təhqiramiz ifadələr səsləndiriləndə, o, artıq ölkə rəhbəri sayılmır, amma o, özünü müdafiə etməyə başlayanda hamı “o, nə danışır belə?” deyir. Onlar baş nazirin orqanlarına yönələndə, o, dövlət başçısı deyil, lakin bu haqda danışanda hamı dərhal uşaqların nə öyrənəcəyini yada salır”, - deyə Paşinyan vurğulayıb.
Onun fikrincə, uşaqlar doğru danışmağı və prinsipləri müdafiə etməyi öyrənməlidirlər. /Musavat.com/