İsrail döyüş təyyarələri Suriyanın paytaxtı Dəməşqdəki Prezident və Baş Qərargah qərargahına hava zərbələri endirib.
Turkustan.az xəbər verir ki, Suriya prezidenti Əhməd Şara İsrailin hücumlarından sonra ilk bəyanatını verib. Suriya Xəbər Agentliyinin məlumatına görə, Şara “Suriyanın hər qarışını müdafiə edəcəyəm” deyib.
Agentlik həmçinin bütün qubernatorlarda "ümumi həyəcan vəziyyəti" barədə məlumat verib və vurğulayıb ki, Suriya rəhbərliyinin göstərişi olmadan heç kim hərəkət etməməlidir.
Suriyanın Sveyda şəhərində baş verən qarşıdurmaları bəhanə edən İsrail paytaxt Dəməşqə hücumlar təşkil edib
Suriyanın paytaxtı Dəməşqdəki Baş Qərargah qərargahına günorta saatlarında təşkil edilən hava hücumundan sonra İsrail ordusu bir sıra yeni hücumlara başlayıb. Çoxsaylı hücumların hədəfi olan hücum Suriya xəbər kanalları tərəfindən canlı yayımda lentə alınıb. İsrail döyüş təyyarələri də prezident iqamətgahını hədəfə alıb və ardınca qatı tüstü yayılıb.
Suriya Səhiyyə Nazirliyi İsrailin Dəməşqə endirdiyi hava zərbələri nəticəsində 6 nəfərin öldüyünü və 28 nəfərin yaralandığını açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az