Ermənistanla Rusiya arasındakı münasibətlər transformasiya mərhələsindədir.
Turkustan.az xəbər verir ki, bunu iyulun 16-da keçirdiyi mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Rusiya ilə münasibətlərimiz bundan sonra əvvəlki kimi olmayacaq. Amma bu, o demək deyil ki, bizim münasibətlərimiz pis olmalıdır. Məncə, onlar yaxşı, əvvəlkindən qat-qat yaxşı olmalıdır. Təbii ki, Rusiyanın bu və ya digər planlarına dair müəyyən siqnallar var. Açığını desəm, mən bu cür söz-söhbətlərə və qiymətləndirmələrə inanmağa meylli deyiləm, amma hər hansı problem yaranarsa, biz onları rusiyalı tərəfdaşlarımızla müzakirə edəcəyik, həll yollarını tapmağa çalışacağıq", - deyə Paşin əlavə edib./modern.az