İraqın ali şiə dini lideri, Ayətullah Əli Sistani İsrail və İran arasında artan gərginlik fonunda sensasion xəbərdarlıqla çıxış edib.
Turkustan.az xəbər verir ki, o bildirib ki, İranın Ali Rəhbəri Ayətullah Əli Xameneinin fiziki hədəf seçilməsi Yaxın Şərqdə nəinki münaqişəni alovlandırar, həm də bölgəni ağlasığmaz nəticələrə sürükləyə bilər.
Ayətullah Sistani qeyd edib ki, belə bir təxribat minlərlə insanın həyatına son qoyacaq, regional sabitliyi məhv edəcək və yeni, daha təhlükəli müharibə mərhələsinə yol aça bilər.
Onun sözlərinə görə, “Ali rəhbərə qarşı atılacaq bu cür addımlar təkcə İranı deyil, bütün İslam dünyasını sarsıdacaq” və nəticədə Yaxın Şərqdə daha əvvəl görünməmiş miqyasda siyasi və hərbi xaos yarana bilər.
Bu açıqlama İsrailin müdafiə naziri İsrail Kacın bu günlərdə verdiyi bəyanatdan sonra gəlib. Həmin bəyanatda o, Ayətullah Xameneini "artıq mövcudluğu davam etməməli" olan fiqur kimi xarakterizə etmişdi. Bu isə İran tərəfindən kəskin reaksiya ilə qarşılanmışdı./Musavat.com