Binəqədi rayonunda yerləşən Ulu öndər Heydər Əliyevin adını daşıyan parkında “İstedadlı Əlillər” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əlilliyi olan şəxslərin bacarıqlarının inkişafı” adlı layihə çərçivəsində növbəti son tədbir – satış sərgisi və konsert proqramı baş tutub.
QHt.az xəbər verir ki, 15 iyul tarixində Binəqədi rayon Heydər Əliyev parkında keçirilmiş tədbir zamanı layihə çərçivəsində təlimlərə cəlb olunmuş əlilliyi olan şəxslərin hazırladıqları əl işlərindən ibarət satış sərgisi, eləcə də “İstedadlı Əlillər” İctimai Birliyinin musiqi bacarığı olan üzvlərinin iştirakı ilə konsert proqramı təşkil olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş nitqi ilə çıxış edən layihə rəhbəri Qubad Qasımov tədbirin məqsəd və məramı haqqında geniş məlumat verib. O bildirib ki, üç ay müddətində həyata keçirilən layihə çərçivəsində 35-dən çox əlilliyi olan şəxs və onların valideynləri müxtəlif təlimlərə cəlb olunmuş, təlimçi Zümrüd xanım Xalıqova tərəfindən onlara əl işləri üzrə bacarıqlar yüksək səviyyədə aşılanmışdır. Təlim iştirakçıları lazımi material və avadanlıqlarla təmin olunublar.
Sərgidə ümumilikdə 38 nəfər iştirak edib. Onlardan 35 nəfəri layihə çərçivəsində təlim keçmiş şəxslər, 3 nəfəri isə İctimai Birliyin taxtaoyma və rəsm sahəsində bacarıqlı üzvləridir.
Tədbirin əsas məqsədi əlilliyi olan şəxslərin sosial və iqtisadi inteqrasiyasına dəstək vermək, onların yaradıcılıq potensialını üzə çıxarmaq və cəmiyyətdəki aktiv rollarını təşviq etməkdir.
Tədbirdə Binəqədi rayon sakinləri və rayonda yaşıyan əliliyi olan şəxslər dəvət olnmuşdu,Tədbir zamanı konsert proqranına qonaq qismində iştrak edən Binəqədi rayon sakini,əliliyi olan Firuz Niyazov İstedadlı Əlillər İctimai Birliyinin üzvülüyünə müraciyyət etdi və çıxış edərək dövlətin bu sahəyə xüsusi diqqət yetirdiyindən məlumatsız olduğunu qeyd etdi,musuqi sahəsində öz bacarığını nümaiş etdirdi.
Tədbir “İstedadlı Əlillər” İctimai Birliyinin musiqi bacarığı olan üzvləri, Pərvanə Hüseyinlinin, Musülüm Müslümzadənin, Mehman Talıbovun,Qarabağ Qazisi Bəhlul Əliyevin, Rəvanə Ağmirovanın, Nərmin Əliyeva, Ceyhun Məmmədovunun, Mahir Məmmədovun, Mehman Qəhramanovun,Fidan Quliyevanın,Fəqan Qasımovun, Əmirahlı Eşqinin, Aysel Əlizadənin, Vüsal Əliyevin Fatimə Qasımovanın ifasında təqdim olunan musiqi proqramı ilə davam edib.
Sonda layihə rəhbəri Qubad Qasımov, Azərbaycan Respublikasının Qeyri- Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, tədbirə qatılan qonaqlara və iştirakçılara öz təşəkkürünü bildirib. Qonaqlar sərgiyə baxış keçirib və iştirakçılarla xatirə şəkilləri çəkdiriblər.