BCM Netanyahu və Gallantın həbs qərarlarının ləğvi tələblərini rədd etdi


Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Ön Məhkəmə Palatası İsrailin baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallanta qarşı həbs qərarlarının ləğvi və istintaqın dayandırılması tələbini rədd edib.

Turkustan.az xəbər verir ki, BCM-nin İlkin Məhkəmə Palatası bu gün İsrailin 9 may 2025-ci ildə Netanyahu və Gallanta qarşı çıxardığı həbs qərarlarının ləğvi və istintaqın dayandırılması tələbini rədd etdiyini açıqlayıb.

Məhkəmənin qərarında İsrailin bu işdə iki ayrı tələb irəli sürdüyü bildirilib. Birincisi, Netanyahu və Gallanta qarşı həbs qərarlarının geri götürülməsini, ləğv edilməsini və ya etibarsız elan edilməsini, ikincisi, prokurorluğun Fələstindəki vəziyyətlə bağlı araşdırmasını dayandırmasını istəyib.

Qərarda vurğulanıb ki, İsrailin Fələstin ərazilərində törədilən cinayətlərlə bağlı BCM-nin yurisdiksiyasının olmadığına dair etirazı qəbul edilməyib.

Həmçinin bildirilib ki, Apellyasiya Palatasının 24 aprel 2025-ci il tarixli qərarını BCM-nin yurisdiksiyasının olmaması kimi şərh etmək olmaz.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ