Dünən İranın Xomeyn şəhərində yerləşən raket bazası hücuma məruz qalıb.
Turkustan.az xəbər verir ki, hadisədən sonra SEPAH-a məxsus bir neçə avtobusun Ərak şəhərindən Xomeynə göndərildiyi bildirilir. Şəhərin giriş və çıxışlarında nəzarət-buraxılış məntəqələri qurulub, təhlükəsizlik tədbirləri gücləndirilib.
Hücumun kim tərəfindən həyata keçirildiyi və nəticələri barədə rəsmi açıqlama verilməyib. /konkret.az/