İsrail Müdafiə Qüvvələri (SAXAL) Suriya Prezident Sarayının yaxınlığına xəbərdaredici zərbə endirib.
Turkustan.az xəbər verir ki, İsrail Ordusunun məlumatına görə, hücum Baş Qərargah binasına edilən zərbə ilə eyni vaxtda baş verib.
Suriyanın "Ehtemlat" nəşrinin xəbərinə görə, Türkiyə Suriya Prezidenti Əhməd əl-Şaraadan Prezident Sarayını dərhal tərk etməyi tələb edib. Lakin o, bu tələbi yerinə yetirməkdən imtina edib.
Suriya Səhiyyə Nazirliyi İsrailin Dəməşqə endirdiyi zərbələr nəticəsində 9 nəfərin yaralandığını bildirib.