İsrailin hücumlarına Türkiyədən ilk REAKSİYA GƏLDİ


İsrailin Suriyaya hücumlarından sonra xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə telefonla danışıb.

Turkustan.az xəbər verir ki, Hakan Fidan İsrailin hücumlarının narahatlıq doğurduğunu bildirib.

Nazir Fidan diplomatik təmaslarını ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barakla görüşərək davam etdirib.

Fidan görüş zamanı hücumlara son qoyulmalı olduğunu vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ