İsrail hərbi mənbələrinə görə, İranın inkişaf etmiş raket potensialına ən böyük təhlükə onun şərqdəki hipersəs raket buraxılış qurğularıdır.
Turkustan.az xəbər verir ki, bildiriib ki, İsrail bu buraxılış qurğularını məhv etməyi hədəfləyir, əks halda bütün ölkə ərazisində daha böyük məhv riski ilə üzləşə bilər.
Əməliyyatın beynəlxalq təsirləri də maraq doğurur. Xüsusilə, “İsrail daha da irəli gedərsə, Çin və Rusiya İranın yanında olacaqmı?” sualı daha çox diqqət mərkəzindədir. gündəmdə qalır.
Rusiya prezidenti Vladimir Putin İranla diplomatiyaya çağırıb və deyib ki, münaqişə daha da uzanmamalıdır. Bu bəyanat gözlənilən güclü dəstəyə çatmadı və Moskvanın ehtiyatlı yanaşmasını ortaya qoydu.
Bununla belə, Çin səssiz, lakin kritik bir addım atdı. Çinin iki yük təyyarəsinin İrana eniş etdiyi və bu təyyarələrin raket sistemi hissələri və döyüş təyyarəsi avadanlıqları daşıdığı iddia edilib. Mənbələrə görə, Çin İrana qabaqcıl raket texnologiyası dəstəyi verir. Bu inkişaf təkcə regionda iki ölkə arasında münaqişəni deyil, həm də böyük dövlətlər arasında kölgə müharibəsi ehtimalını gündəmə gətirir.
Aytən Yaşar/ Turkustan.az