Sahibkar bu hallarda 1500 manat cərimə ediləcək


“Minimum əməkhaqqı tələbi yalnız tam iş vaxtı ilə çalışan işçilərə şamil olunur. Əgər işçi aylıq iş normasını tam işləyibsə, ona 400 manatdan az əməkhaqqı verilə bilməz”hələ də qalmaqdadır".

"Bunu “Yeni Sabah”a hüquqşünas Tağı Hüseynov bildirib.

Onun sözlərinə görə, qanunvericilik bu məsələdə kifayət qədər aydındır: işçi aylıq iş normasını tam yerinə yetirirsə, ona minimum əməkhaqqından aşağı maaş ödənilməsi yolverilməzdir.

Tağı Hüseynov qeyd edib ki, natamam iş vaxtı ilə, məsələn, yarımştat və ya saat hesabı çalışan işçilər üçün vəziyyət fərqlidir. Bu halda əməkhaqqı faktiki işlənmiş vaxta uyğun hesablanır və məbləğ minimum əməkhaqqından aşağı ola bilər. Bunun səbəbi isə tam aylıq norma işlənilməməsidir.

Hüquqşünasın sözlərinə görə, qanunun tələblərinin pozulması işəgötürənlər üçün ciddi nəticələr doğurur:

"İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən, işçiyə müəyyən edilmiş minimum əməkhaqqından aşağı maaş verilməsinə görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək cərimə edilə bilər".


MANŞET XƏBƏRLƏRİ