Azərbaycan İranın planını belə pozdu: 5-6 rus əsgəri Tehran üçün başağrısına çevrildi


İran Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını istəmir. Ümid edirdilər ki, keçmiş Qarabağ konflikti əbədi olacaq, torpaqlar da erməni işğalında qalacaq. Beləliklə, Azərbaycan güclənməyəcək, Tehran isə bundan istifadə edəcək.

Bunu Teleqraf.com-a VI çağırış Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov deyib.

O qeyd edib ki, Azərbaycan ərazi bütövlüyü və suverenliyini bərpa etdikdən sonra İranın bütün təbliğat mexanizmləri alt-üst olub:

“İran artıq Azərbaycanla ehtiyyatlı davranmağa başlayıb. Çalışırlar ki, yenidən ziddiyyətli məsələ tapsınlar. Əllərinə ancaq Zəngəzur mövzusu düşüb. Ermənistanın maraqlarına nəyin ziyan olub-olmaması İranı maraqlandırmamalıdır”.

Siyasi şərhçiyə görə, Zəngəzur dəhlizi açılmadığı halda Azərbaycan Naxçıvana İran üzərindən keçməli olur:

“Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədi bağlı qalır. İrəvan yenə dəTehrandan asılı hala düşür. İran bundan Azərbaycana və Ermənistan təsir kimi yararlanmağa çalışır”.

Rasim Musabəyov hesab edir ki, İranın Zəngəzur dəhlizini “NATO-nun Turan dəhlizi” kimi qələmə verməsi cəfəngiyyatdır:

“30 ildir Ermənistan İran sərhəddini rus əsgəri qoruyur. Zəngəzur dəhlizinə gələcək 5-6 rus əsgəri niyə Tehran üçün baş ağrısına çevrilməlidir? Ona görə də, İranın bu yanaşmaları tamamilə məntiqsizdir. Azərbaycan, Rusiya və Ermənistan dəhlizlə bağlı razılığa gəldiyi halda İran heç nə edə bilməyəcək”.


MANŞET XƏBƏRLƏRİ