15 il sonra yenə Azərbaycan Konsulluğu qarşısında - İran izi...


Dünən İstanbulda Azərbaycan Konsulluğu önündə keçirilən etiraz aksiyası ilə bağlı bir sıra məqamlar üzə çıxıb. Məlum olur ki, bu aksiyanı keçirənlər 15 il əvvəl də eyni missiyada olublar və eyni yerdə Azərbaycana qarşı toplanıblar.

Turkustan.az xəbər verir ki, Türkiyədə yaşayan azərbaycanlı professor Aygün Attar bununla bağlı çox gərəkli bir tariki faktı yayınlayıb.

Məlum olur ki, Türkiyədə fəaliyyət göstərən “Özgür-Der” adlı qrupu və onun başçısı Hülya Şəkərci 15 il əvvəl – 2011-ci ilin yanvar ayında da İstanbulda Azərbaycan Konsulluğu qarşısında aksiya keçirlib.

Aksiyann məqsədi rəhbərləri “Dövlətə xəyanət”, başqa ölkənin (İranın) xüsusi xdmət orqanları ilə əməkdaşlığa görə dəfələrlə həbs edilmiş Azərbaycan İslam Partiyasının ozamankı sədri Mövsüm Səmədovun müdafiəsi ilə bağlı olub. Mələk libasına bürünmüş Hülya Şəkərci 15 il öncə görünür ki, İranın göstərişi ilə Azərbaycan Konsulluğu qarşısında etiraz aksiyası keçirib. Və İrana bağlılıı şübhə doğurmayan Mövsüm Səmədovun həbsdən azad olunmasını tələb edib.

Türkiyə dövlətinin uyğun qurumları bu məsələyə diqqət yönəltməli, iki qardaş ölkə arasında fitnə toxumları səpənlərə qarşı gərəkən sərt addımlar atmalıdır.

Turkustan.az


MANŞET XƏBƏRLƏRİ