Ukrayna Suriya ilə diplomatik münasibətləri kəsdiyini elan etdi


Ukrayna prezidenti Vladimir Zelenski Suriyanın Ukraynanın şərqindəki rusiyayönlü separatçı Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasının müstəqilliyini tanımasından sonra Ukraynanın Suriya ilə diplomatik münasibətləri kəsdiyini bildirib.

Türküstan.azxəbər verir ki, Ukrayna Rusiyayönlü separatçı Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasının müstəqilliyini tanıyan Suriya ilə diplomatik əlaqələri kəsib.

Suriya Ukraynanın şərqində rusiyapərəst separatçı Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasının müstəqilliyini tanıyan ilk ölkə olduqdan sonra Ukrayna Suriya ilə diplomatik əlaqələri kəsib.

Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Ukrayna ilə Suriya arasında artıq diplomatik münasibətlər olmayacaq və Suriyaya qarşı sanksiya təzyiqləri "daha ​​da artırılacaq".


MANŞET XƏBƏRLƏRİ