İran parlamentinin 5 deputatı Azərbaycanda “arzuolunmaz şəxs” oldu


İran İslam Şurası Məclisinin hazırkı və keçmiş deputatları Azərbaycanda “arzuolunmaz şəxs” elan edilən 14 İran vətəndaşı arasında yer alıblar.

Turkustan.az xəbər verir ki, mediada və sosial şəbəkələrdə Azərbaycana qarşı çağırışlar səsləndirən, düşmənçiliyi təşviq edən şəxslərlə bağlı qəbul edilən qərara əsasən, onların Azərbaycan ərazisinə girişinə qadağa qoyulub.

Siyahıda İran parlamentinin deputatları Kamran Qəzənfəri, Əbülfəzl Zöhrəvənd, Abbas Moqtədayi Xorasqani və Əlirza Səlimi, eləcə də İran İslam Şurası Məclisinin keçmiş deputatı, siyasi şərhçi Əlirza Beyqi yer alıb.

Qeyd edək ki, həmin şəxslərin Azərbaycana qarşı əsassız ittihamlar və təhqiramiz ifadələr səsləndirdikləri, ölkənin suverenliyini, milli təhlükəsizliyini və konstitusiya quruluşunu hədəf alan çağırışlar etdikləri bildirilir. /Modern.az/


MANŞET XƏBƏRLƏRİ