Bakının 7 rayonu milyonlarla manat borca düşdü - SİYAHI


Paytaxtın əksər rayonları üzrə Mənzil Kommunal Təsərrüfatı Birliklərinin (MKTB) külli miqdarda vergi borcu yaranıb.

Turkustan.az xəbər verir ki, paytaxt üzrə MKTB-lərin dövlət qarşısında yığılmış vergi borclarının miqdarı aşağıdakı kimidir:

Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi – 6 612 286 manat,

Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi – 4 282 315 manat.

Nərimanov rayon Mənzil Kommunal Təsərrufat Birliyi – 3 843 530 manat,

Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi – 3 422 053 manat,

Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi – 3 246 016 manat,

Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi – 2 657 115 manat,

Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi – 135 245 manat,

Qeyd edək ki, Nizami və Xəzər rayon Mənzil-Kommunal təsərrüfat Birliklərinin vergi borcu yoxdur. Yasamal, Sabunçu və Pirallahı rayon Mənzil-Kommunal təsərrüfat Birliklərinin isə vergi borcunun olub-olmaması ilə bağlı heç bir məlumat öyrənmək mümkün olmayıb./Musavat.com


MANŞET XƏBƏRLƏRİ