Fransa İranın Naxçıvana hücumundan sonra Azərbaycanla tam həmrəyliyini bildirib.
Turkustan.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Fransa bu səhər Naxçıvan Beynəlxalq Hava Limanına edilən İranın pilotsuz təyyarə hücumunu qətiyyətlə pisləyir. Fransa bu hücumda yaralanan dörd nəfərin tezliklə sağalmasını arzulayır", - deyə bəyanatda qeyd olunub.
Paris "Azərbaycanın suverenliyinin və beynəlxalq hüququn açıq şəkildə pozulması olan bu əsassız hücum qarşısında" Bakı ilə tam həmrəyliyini bildirib. /bakivaxti.az/