Overçuk gileyləndi: “Bakıya dəvət olunmuram!” - VİDEO


Rusiya baş nazirinin müavini Aleksey Overçuk Azərbaycana dəvət olunmadığından gileylənib.

Turkustan.az xəbər verir ki, jurnalistin “Azərbaycana getməyi planlaşdırırsınızmı?” sualına Overçuk “yaxın vaxtlarda hələlik dəvət yoxdur” cavabını verib.

Overçukun Bakıya son rəsmi səfəri 2024-cü il avqustun 9-da baş tutub. Həmin vaxt o, Azərbaycan–Rusiya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 22-ci iclasında iştirak edib.

Bundan sonra baş nazir müavininin 2025-ci ilin iyun ayının sonunda Azərbaycana daha bir rəsmi səfəri planlaşdırılsa da, həmin səfər ləğv edilib. (Musavat.com)


MANŞET XƏBƏRLƏRİ