15 oktyabr tarixində Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Sammiti çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov və Türkmənistanın xarici işlər naziri Rəşid Meredovun iştirakı ilə üçtərəfli görüş keçirilib.
XİN-dən verilən xəbərə görə, görüşdə Azərbaycan, Özbəkistan və Türkmənistan arasında qardaşlıq və dostluq və münasibətlərinin mövcud vəziyyəti və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Azərbaycan, Özbəkistan və Türkmənistan arasında üçtərəfli əməkdaşlıq formatının yaradılmasının regional əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaratdığı vurğulanıb.
Görüş zamanı nəqliyyat və tranzit bağlantılarının genişləndirilməsi, beynəlxalq nəqliyyat dəhlizlərinin potensialından səmərəli istifadə sahələrində əməkdaşlığın dərinləşdirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.


