Rasim Balayevin səhhəti pisləşdi


Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin səhhətində problem yaranıb.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Xalq artistinin oğlu deyib.

O qeyd edib ki, Rasim Balayev hazırda əsəb pozğunluğu keçirir.

Qeyd edək ki, Rasim Balayev 1948-ci ildə anadan olub və uzun illər Azərbaycan teatr səhnəsində və kinematoqrafiyada uğurlu fəaliyyət göstərib.

Aktyor "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərində yaratdığı obrazlarla tamaşçıların sevgisini qazanıb.


MANŞET XƏBƏRLƏRİ