İngiltərədə də eyni məsələ gündəmdədir: Nə lazımdırsa, onu da edəcəyik!


Böyük Britaniyanın Baş naziri Keir Starmer uşaqların internetdə təhlükəsizliyi ilə bağlı narahatlıqlara münasibət bildirib.

Turkustan.az xəbər verir ki, o, valideynlərin sosial media və onun uşaqlara təsiri ilə bağlı narahatlıqlarını başa düşdüyünü və onların sürətli tədbir tələbinin haqlı olduğunu vurğulayıb. Starmer bu məsələ ilə bağlı əsas sosial media platformalarına da çağırış edib.

Baş nazir paylaşımında qeyd edib ki, X, Meta, Snap Inc., YouTube və TikTok rəhbərləri məsuliyyəti üzərlərinə götürməli və uşaqların onlayn təhlükəsizliyi üçün zəruri addımları atmalıdır.

Starmer bildirib ki, hökumət bu istiqamətdə lazım olan bütün tədbirləri görməyə hazırdır və uşaqların internetdə qorunması prioritet olaraq qalır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ