Bu ilin mart ayında Azərbaycan Ermənistandan ilk dəfə 960 ABŞ dolları dəyərində mal idxal edib.
Turkustan.az bildirir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bundan başqa, bu ilin I rübündə Azərbaycan Ermənistana 5 milyon 757 min ABŞ dolları dəyərində məhsul ixrac edib. Bunun 1,537 milyon dollarlıq hissəsi mart ayının payına düşüb.
Ermənistandan ixracdan əldə olunan gəlirlər Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,1 %-ni təşkil edir. /globalinfo.az/