Kahramanmaraşın Onikişubat rayonundakı Ayşer Çalık Orta Məktəbinə edilən silahlı hücumla bağlı yeni detallar ortaya çıxıb.
Turkustan.az xəbər verir ki, hücumdan bir gecə əvvəl 8-ci sinif şagirdi İsa Aras Mersinlinin paylaşdığı mesajlar diqqət çəkib.
İddialara görə, hücumçunun Discord mesajlaşma tətbiqindəki mesajlarında onun məktəbə silahla basqın etmək və qırğın törətmək niyyətində olduğu aşkarlanıb. Hətta mesajlarında hücumun vaxtı haqqında da təfərrüatlar verdiyi iddia edilir. Mesajlarda "Bunu bu gün edə bilərəm", "Saat 15:00 radələrində" və "Bu dünyaya nə qədər yorğun olduğumu göstərəcəyəm" kimi ifadələr olduğu bildirilir.
Mesajlarda həmçinin hücumçunun məişət problemlərini göstərən ifadələrin olduğu bildirilir. İddialara görə, mesajlarda "Atam məni boğub öldürməyə çalışdı" sözləri də var idi.
İhsan Yalçının hesabatına görə, Mersinli qrupa göndərdiyi mesajda aşağıdakı sözləri işlədib:
- Lənət olsun!
- Bunu bu gün edə bilərəm.
- Günortadan sonra təxminən saat 3 radələrində
- 5-ci və 6-cı sinif şagirdləri hazır olsaydı, yaxşı olardı.
- Öz atam məni boğub öldürməyə çalışdı.
- Bu gün tamamilə yorğunam. Öz atam məni boğub öldürməyə çalışdı.
- Evdə təkəm.
- Mən tez bir zamanda manifestimi bitirib bir az yatacağam.
- Daha sonra bu dünyaya nə qədər yorğun olduğumu göstərəcəyəm.

Aytən Yaşar/ Turkustan.az