Məktəbdə qətliam törədən hücumçunun ölüm səbəbi açıqlandı


Kahramanmaraşda məktəbə silahlı hücum etdiyi iddia edilən 14 yaşlı İsa Aras Mersinlinin ölümü ilə bağlı təfərrüatlar açıqlanıb.

Turkustan.az xəbər verir ki, 2 məhkəmə-tibb eksperti, 2 autopsiya texniki, 1 operator və 1 fotoqrafdan ibarət qrup tərəfindən aparılan müayinədə əhəmiyyətli nəticələr əldə edilib.

Məlumata görə, Mersinlinin sağ ayağında ölümcül bıçaq yarası aşkarlanıb. Yaraya səbəb olan alətin bir ucu iti, digər ucu küt olduğu müəyyən edilib. Ölümün səbəbi böyük damar zədələnməsi nəticəsində yaranan ağır xarici qanaxma olub.

Məhkəmə-tibbi ekspertiza rəyində mərhumun boyunun 1.79 metr, çəkisinin isə təxminən 85–90 kiloqram olduğu qeyd edilib.

Araşdırmalar zamanı bədənin bel və təzyiqə məruz qalmayan hissələrində yüngül nekrotik dəyişikliklər aşkar edilib. Bədənin müxtəlif hissələrində qurumuş qan izlərinə rast gəlinib. Əllərdə, qoltuqaltı və dəri qırışlarında isə hər hansı əlavə travmatik iz qeydə alınmayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ