ABŞ-da Pentaqon rəhbərinə impiçment təşəbbüsü: Heqset hədəfdə


ABŞ Nümayəndələr Palatasının Demokrat üzvlərinin ABŞ müdafiə naziri Pit Heqsetin müharibə cinayətləri və səlahiyyətlərindən sui-istifadə ittihamları ilə vəzifəsindən kənarlaşdırılması üçün təklif irəli sürəcəkləri bildirilib.

Turkustan.az xəbər verir ki, ABŞ-da yerləşən "Axios" xəbər platformasının əldə etdiyi impiçment təklifinin layihəsinə əsasən verdiyi məlumata görə, təklifi Konqresdəki İran əsilli ilk Demokrat Nümayəndə Yasəmin Ənsari təqdim edəcək.

Təklifi Demokrat Nümayəndələr Palatasının nümayəndələri Stiv Koen, Yasmin Kroket, Nikema Uilyams, Sara Makbrayd, Brittany Pettersen, Dina Titus, Deyv Min və Şri Tanedar dəstəkləyir. Lakin onun qəbul edilməsi ehtimalı azdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ