Ermənistan parlamenti televiziyada müharibə və qəddarlığın təbliğinin məhdudlaşdırılması ilə bağlı qanunvericiliyə edilən dəyişiklikləri qəbul edib.
Turkustan.az xəbər verir ki, qanun layihəsi ikinci və yekun oxunuşda 58 lehinə, 3 əleyhinə və 15 bitərəf səslə təsdiqlənib.
“Audiovizual media haqqında” qanuna edilən bu düzəlişlər ötən ilin dekabrında hökumət tərəfindən bəyənilib.
Yeni qaydalar respublikanın daxili siyasi həyatına müdaxilə kimi qiymətləndirilə bilən xarici resursların məzmununun yayılmasını ciddi şəkildə məhdudlaşdırır.
Ekspertlər bu addımın ilk növbədə Rusiya telekanallarındakı siyasi proqramlara və təbliğat xarakterli kontentlərə qarşı yönəldiyini bildirirlər.
Qeyd edək ki, sözügedən dəyişikliklərdən sonra milli tezliklərdə yayımlanan xarici media qurumlarının fəaliyyətinə nəzarət daha da sərtləşdiriləcək. /Musavat.com/