Ermənistandan Azərbaycana heç bir ixrac olmayıb.
Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsindən yerli mediaya bildirilib.
“Mediada yayılan məlumatlara cavab olaraq bildiririk ki, Dövlət Gəlirləri Komitəsinin gömrük statistikasına əsasən, gömrük orqanları Ermənistandan Azərbaycana heç bir ixrac halı qeydə almayıb”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Gömrük Komitəsi bu ilin mart ayında ilk dəfə olaraq Ermənistandan 960 dollar dəyərində mal idxal edildiyini açıqlayıb. /axar.az/