“İslamda salavat çevirmək yoxdur” - Elşad Miridən SENSASİYALI AÇIQLAMA - VİDEO


“Peyğəmbərin adı çəkiləndə salavat çevirməklə bağlı zamanla müxtəlif yanaşmalar formalaşıb. Hətta bəzi hallarda bu məsələ məzhəb fərqləri üzərindən də təqdim olunur. Məsələn, deyilir ki, əgər şiəsənsə, əlini bir cür, sünnisənsə, başqa cür tutmalısan. Yəni bu mövzu bəzi çevrələrdə elə bir şəkil alıb ki, sanki Peyğəmbərin adı çəkilən anda mütləq müəyyən formada davranmaq lazımdır”.

Turkustan.az xəbər verir ki, bu sözləri tanınmış ilahiyyatçı Elşad Miri deyib.

Onun sözlərinə görə, bəzi dairələrdə belə bir fikir yaranıb ki, Peyğəmbərin adı gələn kimi hökmən hansısa hərəkət etmək lazımdır, amma buna gərək yoxdur:

“Əslində isə sual yaranır: Peyğəmbərin adı çəkiləndə və ya özü görünəndə salavat çevirmək dinin əsas tələbi kimi təqdim olunmalıdırmı? Məsələyə bir az daha dərindən yanaşanda görünür ki, burada əsas mahiyyət fərqlidir. Çünki insanın ən çox çirklənən orqanlarından biri əldir. Gün ərzində müxtəlif əşyalara toxunduğumuz üçün əlimizi təmizləmədən üzə və ağıza aparmaq mikrobların bədənə keçməsinə səbəb ola bilər. Belə olan halda, Peyğəmbəri görən kimi yalnız müəyyən jestlər etməyin və ya sadəcə sözlə reaksiya verməyin dini mahiyyəti nədir, bu, ayrıca düşünülməli məsələdir.

Bəziləri küçədə kimisə görəndə, yaxud hər dini mövzuya avtomatik şəkildə salavat çevirməklə reaksiya verir. Amma heç kim deyə bilməz ki, Peyğəmbər özü özündən əvvəlki peyğəmbərlərin adı çəkiləndə məhz bu formada davranıb. Burada əsas sual budur: Qurandakı ayələri necə başa düşməliyik?

E.Miri bildirib ki, bəzi insanlar hər dini söhbətdə salavat çevirirlər:

“Əhzab surəsinin 56-cı ayəsinin mənasına diqqət etdikdə belə bir yanaşma ortaya çıxır: “Şübhəsiz ki, Allah və Onun mələkləri Peyğəmbərə salat edirlər...” Buradakı “salat” sözünü bəzi insanlar sadəcə dil ilə deyilən salavat kimi yox, “dəstək olmaq” mənasında izah edirlər. Yəni Allah və mələklər Peyğəmbərə necə dəstək olurlarsa, möminlər də onun gətirdiyi mesaja, risalətə və yoluna dəstək olmalıdırlar.

Bu baxımdan, Allah insanlardan fəal şəkildə dəstək verməyi, əməli mövqe göstərməyi istəyir. Amma insanlar çox vaxt bu dəstəyi yalnız “sallallahu aleyhi və səlləm” deməklə və ya qısaca “s.ə.s.” yazmaqla məhdudlaşdırırlar. Halbuki təkcə sözlə deyilən ifadə hələ tam dəstək sayılmır. Əsas olan Peyğəmbərin gətirdiyi dəyərlərə sahib çıxmaq, onu əməli şəkildə yaşatmaq və bu yolda fədakarlıq göstərməkdir. Təəssüf ki, bir çox hallarda məsələ məhz bu nöqtədə mahiyyətindən uzaqlaşdırılır”./“Yeni Sabah”


MANŞET XƏBƏRLƏRİ