Türkiyə müharibəyə hazırlaşır: Orduya tapşırıq verildi


Türkiyədə komando briqadalarının sayının artırılması üçün işlər başlanıb.

Turkustan.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya-Ukrayna müharibəsi, eləcə də ABŞ və İsrailin İrana hücumları fonunda əldə edilən təcrübələr nəzərə alınaraq bu qərar qəbul edilib:

“Son hadisələr yaxından izlənilir. Bu çərçivədə komando briqadalarının sayının artırılması üçün işlər başlanıb. Yaradılacaq yeni komando briqadalarının mövcud təşkilati strukturlardan fərqli olaraq, mövcud təhdid qiymətləndirmələrinə və əməliyyat konsepsiyalarına uyğun olaraq müasir yanaşma ilə təşkil edilməsi planlaşdırılır”.


MANŞET XƏBƏRLƏRİ