ABŞ müdafiə naziri: Blokada davam edəcək!


ABŞ müdafiə naziri Pete Hegseth bildirib ki, Vaşinqton Hörmüz boğazında tətbiq etdiyi blokadanı lazım olduğu müddətcə davam etdirəcək.

Turkustan.az xəbər verir ki, nazir Pentaqonda çıxışı zamanı bir sıra açıqlamalar verib.

O, planlaşdırılan cədvəldən beş ay irəlidə olduqlarını vurğulayaraq ABŞ mediasını sərt tənqid edib:
“Sadəcə saxta xəbərlər uydurursunuz. Niyə görülən böyük işi göstərmirsiniz? Amerika xalqı bu mətbuatın necə işlədiyini və nailiyyətlərimizi necə görməzdən gəldiyini görəcək.”

Nazir Hörmüz boğazında həyata keçirilən blokadanın müddətinə də toxunub və bunun zəruri hesab edilən qədər davam etdiriləcəyini bildirib.

İranla bağlı danışan Heqset qeyd edib ki, Tehran düzgün qərar verməlidir:
“Ümid edirəm ki, İran ağıllı bir razılaşmaya gələcək. Dünyanın rifahı naminə razılıq əldə olunmalıdır. Əks halda, nəticələrinə özləri qatlanacaqlar.”

Nazir həmçinin İranın hərbi imkanlarına da toxunaraq, xüsusilə dəniz qüvvələrinin zəif olduğunu iddia edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ