İldırım 20 nəfərin həyatına son qoydu - "Narıncı" təhlükə


Hindistanın Carkhand ştatında son bir sutka ərzində ildırım vurması nəticəsində ən azı 20 nəfər həyatını itirib.

Turkustan.az xəbər verir ki, bu barədə "Prasar Bharati" teleradioyayım korporasiyası məlumat yayıb.

Ən çox ölüm halı Giridh dairəsində qeydə alınıb, burada 11 nəfər ölüb. Kəskin hava şəraiti ştatın bir neçə digər bölgəsinə də ciddi ziyan vurub. Hindistanın Meteorologiya Departamenti növbəti üç gün üçün "narıncı" təhlükə xəbərdarlığı elan edib.

"Prasar Bharati"nin məlumatına görə, son 24 saatda Carkhandda güclü leysan və şimşəklə müşayiət olunan musson yağışları daha da şiddətlənib. Xatırladaq ki, avqustun 5-də polis bu ştatda ildırım vurmasından 13 nəfərin öldüyünü bildirmişdi. /Bakıvaxtı.az/


MANŞET XƏBƏRLƏRİ