Düşmənin operativ-taktiki raket komplekslərinin buraxılış qurğuları məhz döyüş mövqeyinə çıxarıldığı anda məhv edilməlidir.
Turkustan.az xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert İvan Stupak deyib.
Onun sözlərinə görə, düşmənin operativ-taktiki raket komplekslərinin döyüşə hazırlanması təxminən 10–15 dəqiqə çəkir:
"Hərbçilərimiz əvvəlcədən dəqiq bilirlər ki, nə vaxt, hansı qurğu hara irəliləyəcək və haradan buraxılış həyata keçiriləcək. Məsələ ondadır ki, hələlik onlara çatacaq imkanımız yoxdur".
Bununla yanaşı, ekspert qeyd edib ki, ABŞ raketlərini gözləmədən də bu qurğuları zərərsizləşdirmək üçün müəyyən variantlar mövcuddur. /Axar.az/