Paşinyanı qəzəbləndirən məsələ: “Bu, xalqa hörmətsizlikdir!”


“Ermənistan Avrasiya İqtisadi İttifaqında (Aİİ) və ya Avropa İttifaqında (Aİ) üzvlüklə bağlı referendum keçirməyəcək”.

Turkustan.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Bu o deməkdir ki, biz Ermənistan vətəndaşlarından biri mövcud olmayan iki alternativ arasında seçim etmələrini gözləyirik. Bu, xalqımıza qarşı hörmətsizlik və praktiki olaraq legitim olmayan addım olardı”, – hökumət başçısı bildirib.

Paşinyan əlavə edib ki, istənilən ölkənin Avropa İttifaqına üzvlüyünün adi proseduru referendum keçirilməsini deyil, Brüsselin tələb etdiyi prosedurların yerinə yetirilməsini nəzərdə tutur.

Bununla belə, o qeyd edib ki, İrəvan yaxın vaxtlarda Aİ üzvü olmayacaq./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ