Almaniyada 2026-cı ilin əvvəlindən bəri yüksək temperaturun fəsadları nəticəsində təxminən 10 min nəfər həyatını itirib. Bu göstərici son on ildə qeydə alınan ən yüksək rəqəmdir.
Turkustan.az xəbər verir ki, bu barədə Almaniyanın Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Robert Kox İnstitutunun (RKI) həftəlik hesabatında bildirilib.
Məlumata əsasən, iyulun 19-na olan vəziyyətə görə, isti hava şəraiti ilə əlaqəli ölüm hallarının təxmini sayı 9,8 min nəfərə çatıb.
İnstitut qeyd edib ki, bu göstərici 2016-cı ildən bəri istənilən tam təqvim ili üzrə qeydə alınmış ən yüksək rəqəmdir. /modern.az/