Perseid meteor yağışı avqustun 13-dən 14-nə keçən gecə ən yüksək həddinə çatacaq.
Turkustan.az xəbər verir ki, həmin gecə səmanı saatda 100-ə yaxın meteor bəzəyəcək.
Atmosferə saniyədə təxminən 60 kilometr sürətlə daxil olan bu göy cisimləri parlaq izlər buraxacaq və bəzən “od topları” formasında görünəcək.
Bu il Perseid meteor yağışı iyulun 17-də başlayıb və avqustun 24-nə qədər davam edəcək.
Bu möhtəşəm səma hadisəsini izləmək istəyən çoxsaylı həvəskarlar şəhər işıqlarından uzaq ərazilərdə müşahidə və fotoçəkiliş proqramları hazırlayırlar. /Musavat.com/