Paşinyanın ailəsində nə baş verir? – Məşhur erməni nəşr araşdırdı


Ermənistan Baş naziri Nikol Paşinyan və Anna Akopyanın münasibətləri ilə bağlı yeni məlumatlar yayılıb.

Turkustan.az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti araşdırma aparıb.

Qəzet yazır ki, fevral ayında Anna Akopyan artıq Nikol Paşinyanın həyat yoldaşı olmadığını açıqlayıb və hökumət iqamətgahlarını tərk edib:

“Bundan sonra cütlük “Instagram”da da bir-birini izləməyib. Seçkilər ərəfəsində Anna Akopyanın yenidən hökumət bağ evində görünməsindən sonra Paşinyan ailəni bərpa etmək üçün ona daha bir şans verildiyini bildirib.

Lakin Akopyan seçki kampaniyasında iştirak etməyib və iyunun 7-dən sonra həyat yoldaşı ilə birlikdə ictimaiyyət qarşısında görünməyib. Paşinyanın uzunmüddətli məzuniyyəti dövründə də onun həyat yoldaşı ilə birlikdə görüntülənməməsi cütlüyün münasibətlərinin hazırkı vəziyyəti ilə bağlı suallar yaradıb”.

“Hraparak” həmçinin Anna Akopyanın Nikol Paşinyanın sərəncamı ilə dövlət büdcəsi hesabına Nyu-Yorka səfər etdiyini və burada birinci xanımlar üçün təşkil olunan təlimdə iştirak etdiyini yazıb:

“Bundan əvvəl Akopyan ailədaxili zorakılıqla bağlı çıxışlar edərək qanunvericiliyə ayrıca cəza maddəsinin əlavə edilməsini təklif edib. Onun bu mövzuda açıqlamalarından sonra özünə qarşı təhdidlər olduğunu deyib. Bu çıxışlar Paşinyan ailəsində də zorakılığın olub-olmaması barədə suallar yaradıb. Lakin ailəni tanıyan şəxslər belə iddiaları təkzib edib və mümkün problemin fiziki zorakılıqla bağlı olmadığını bildiriblər”.

Nəşrin məlumatına görə, Paşinyanın yeni təqdim etdiyi bəyannamədə Anna Akopyanın adı ailə üzvü kimi göstərilib:

“Buna baxmayaraq, cütlüyün bir-birinin fəaliyyəti ilə çox maraqlanmadığı və hələ də “Instagram”da bir-birini izləmədiyi bildirilir. Paşinyan yalnız ailənin itlərinin adına açılmış səhifəni, Anna Akopyan isə qızlarının səhifələri ilə yanaşı müxtəlif fond və şirkətlərin hesablarını izləyir”.


MANŞET XƏBƏRLƏRİ