Tramp və Heqset arasında gərginlik: Sursat problemi üzə çıxdı


“Washington Post” qəzetinin məlumatına görə, ABŞ Prezidenti Donald Trampın İranla mümkün müharibə ilə bağlı narazılığı ötən həftə Kemp-Deviddə keçirilən görüş zamanı pik həddə çatıb.

Turkustan.az xəbər verir ki, məsələ ilə tanış olan iki şəxsin qəzetə verdiyi məlumata görə, Tramp ABŞ-ın hərbi imkanlarını məhdudlaşdıra biləcək ciddi sursat çatışmazlığı barədə niyə əvvəlcədən düzgün məlumatlandırılmadığını müdafiə naziri Pit Heqsetdən soruşub.

Məlumata görə, söhbət cümə günü Kemp-Deviddə keçirilən kabinet iclasından kənarda baş tutub. Mənbələrdən biri bildirib ki, Tramp Heqsetə sursat probleminin artıq həll edildiyini düşündüyünü deyib.

Mənbələrdən birinin sözlərinə görə, xüsusilə uzunmənzilli idarəolunan raketlərin və zenit raketlərinin çatışmazlığı Trampın son günlərdə İrana qarşı yeni və genişmiqyaslı hücumlara başlamaqdan çəkinməsinin əsas səbəblərindən biridir.

Hesabatda vurğulanır ki, ABŞ ordusunun mövcud sursat ehtiyatlarının məhdud olması Vaşinqtonun İrana qarşı mümkün yeni hərbi əməliyyatlarının miqyasına və seçimlərinə təsir göstərə bilər.

Tramp və Hegseth İran məsələsində toqquşublar.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ