Bu gün səhər saatlarında Azərbaycan vətəndaşına məxsus TIR Tiflisdə yanıb.
Turkustan.az-ın Teleqraf-a istinadən xəbər verir ki, yanğın hadisəsi Tiflis Baş Gömrük məntəqəsində baş verib.
TIR-ın sahibi Naxçıvan Muxtar Respublikasının Sədərək rayon sakini Yunis Sadiqovla maşınını türklərin saxladığını və yandırdığını bildirib:
“Maşına görə dövlətə borcum var, indi də oturmuşam evdə. Hadisə Tiflisdə baş gömrükdə olub. Bizi türklər aldatmışdı. Maşın İrandan Gürcüstan gömrüyünə gedirdi. Sənədi dəyişib göstəriblər ki, guya bu yük avtomobili Türkiyədən gəlibdir. O sənədi göstəriblər, mənim də xəbərim yox. Maşın 2 ay idi yatırdı orada və bu gün də səhərə yaxın yanıb. Necə yandı, nətər yandı, kim yandırdı, bəlli olmadı. Yanğın baş verən zaman TIR armaturla dolu yüklü olub. Mal mənə aid olmayıb, 54 min dollar ziyan dəyib mənə. Sürücü ilə də əlaqə saxlamışam, xoşbəxtlikdən heç bir xəsarət almayıb".