ABŞ mətbuatı: İranın nüvə obyektlərinə hücumda yalnız bir hədəf məhv edilib


ABŞ mətbuatı ABŞ-ın İranın nüvə obyektlərinə hücumunun nəticələrinə dair yeni qiymətləndirməni irəli sürüb.

Turkustan.az xəbər verir ki, NBC News-un ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, ABŞ-ın hücumunda hədəf alınan 3 nüvə obyektindən yalnız biri məhv edilib. Digər iki obyektin zədələnmədiyi və İran istəsə, bir neçə ay ərzində uranın zənginləşdirilməsi əməliyyatlarını bərpa edə biləcəyi bildirilir.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) daha əhatəli plan hazırladığı, lakin bu planın həyata keçirilməsinin bir neçə həftə çəkə biləcəyi bildirilsə də, plan ABŞ prezidenti Donald Tramp tərəfindən rədd edilib.

ABŞ prezidenti Tramp İranın nüvə obyektlərinə hücumun çox uğurlu olduğunu bəyan edərək, yalan xəbərlər mövzusunda əksini yazan ABŞ mətbuatını ittiham edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ