“Tehran nüvə sazişi üzrə ABŞ-la danışıqları bərpa etməyə razı olmasa, Vaşinqton İranın daha az zədələnmiş iki nüvə obyektinə əlavə zərbələr endirmək imkanını müzakirə edir”.
Turkustan.az xəbər verir ki, bu barədə NBC mənbələrə istinadən məlumat verib.
“ABŞ Mərkəzi Komandanlığı İrana zərbə endirmək üçün “daha əhatəli plan” hazırlayıb. Buna bir gecədə deyil, həftələr ərzində həyata keçirilə biləcək əməliyyatda üç əlavə hədəfin vurulması daxildir. Vaşinqton hesab edir ki, Tehran istəsə, uranın zənginləşdirilməsi yaxın bir neçə ay ərzində bərpa oluna bilər”, – deyə bildirilib.
Xatırladaq ki, iyunun 22-nə keçən gecə ABŞ Hərbi Hava Qüvvələrinin İranın üç nüvə obyektinə hücum edib./Globalinfo.az