Şahin Şıxlinski axtarışa verildi - TƏCİLİ


Azərbaycanın Yekaterinburqdakı diasporunun rəhbəri Şahin Şıxlinski barəsində axtarış elan edilib.

Turkustan.az xəbər verir ki, bu haqda “URA. Ru” məlumat yayıb.

Qeyri-rəsmi məlumata görə, bu gün onun Yekaterinburqdakı mənzilində axtarışlar aparılıb.

Digər mənbənin məlumatına görə isə, Ş.Şıxlinski ötən gün həbs edilmiş oğlu Mutvalı Şıxlinski kimi dövlət məmuruna qarşı zorakılıq etməkdə ittiham olunur.

Xatırladaq ki, Şahin Şıxlinski və oğlu Mütvəli Şıxlinski iyulun əvvəli Yekaterinburqda vəhşicəsinə saxlanılmışdılar. /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ